Gəncədə qadın piyadanı avtomobil vurub


Digərləri 09 Yan 2018 22:07:00 273 0

Gəncədə qadın piyadanı avtomobil vurub

Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib. Şəhər sakini 1996-cı il təvəllüdlü Türkan Qənbərova yolu keçmək istəyərkən avtomobillə vurulub. Yaralı piyada dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.