Məntiqi təfəkkürü inkişaf etdirən cədvəl


Digərləri 09 Yan 2018 21:13:00 266 0

Məntiqi təfəkkürü inkişaf etdirən cədvəl

Riyaziyyat müəllimi məntiqi təfəkkürü inkişaf etdirən cədvəl hazırlayıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Bakıdakı 37 saylı orta məktəbin riyaziyyat müəlimi, 63 yaşlı Mobil Həsənov şagirdlərin zehni inkişafını artırmaq üçün yeni üsul tapıb. O, ədədlərin müəyyən qaydaya uyğun düzülüşündən ibarət mürəkkəb cədvəl hazırlayıb. Cədvəldəki ən böyük ədəd ilkin götürülən ədədin kvadratına bərabər olur. Hər ədədin də cədvəldə öz yeri var. Rəqəm və ədədləri istər şaquli, istər üfüqi, istərsə də diaqonal istiqamətdə cəmlədikdə eyni nəticə alınır. Bu da xüsusi qaydayla hesablanır və ilkin götürülən rəqəmlə bağlılığı var. Mobil Həsənov 100-dək ədəddən ibarət bu cür mürəkkəb cədvəl hazırlayıb. 40 ilə yaxın riyaziyyat fənnini tədris edən Mobil Həsənov deyir ki, bu cədvəldən məntiqi hesablama məsələsi kimi dərsliklərdə də istifadə etmək mümkündür.