İƏT Gənclər Strategiyası sənədinin müzakirəsi keçirilib (FOTO)


Digərləri 09 Yan 2018 19:24:00 291 0

İƏT Gənclər Strategiyası sənədinin müzakirəsi keçirilib (FOTO)

Nazir müavini İƏT Gənclər Strategiyası sənədinin müzakirəsinə qatılıb

Bakı. Gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanının Ciddə şəhərindəİslam Əməkdaşlığı Təşkilatının (İƏT) Gənclər Strategiyası sənədinin müzakirəsinə dair Hökumətlərarası ekspert qrupunun iclasında iştirak edir. Nazirlikdən Trend-ə verilən məlumata görə, 8-9 yanvar tarixlərində keçirilən iclas zamanı nazir müavini strategiyanın əhəmiyyəti, gənclərlə iş sahəsinin prioritetləri və beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyi haqqında çıxış etmişdir. Eyni zamanda, "Azərbaycan gəncliyi 2015-2025-ci illərdə Strategiyası" na dair məruzə də İntiqam Babayev tərəfində təqdim edilmişdir.