Xırdalanda DƏHŞƏT: ər arvadını qətlə yetirdi


Digərləri 09 Yan 2018 19:20:00 287 0

Xırdalanda DƏHŞƏT: ər arvadını qətlə yetirdi

Xırdalan şəhərində qətl hadisəsi baş verib. 

Son.az report.az-a istinadən bildirir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, 31 yaşlı Elgün Ağasenov həyat yoldaşı, 24 yaşlı Axirə Nadirovanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib.

Hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində saxlanılan E.Ağasenov ilkin ifadəsində evə gələrkən arvadının həmin vaxt cehizlərini yığaraq mənzili tərk etmək istədiyini, qətli isə qısqanclıq zəminində törətdiyini boynuna alıb.