"De ki, pul lazımdır, verim" Kənd sakininin malqarası oğurlandı VİDEO FOTO


Digərləri 09 Yan 2018 17:30:00 313 0

"De ki, pul lazımdır, verim"  Kənd sakininin malqarası oğurlandı  VİDEO  FOTO

Tovuzun Hacıalı kəndində oğurluq olub.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, gecə saatlarında kənd sakini Müşfiq Tağıyevin tövləsindən iki baş mal-qara oğurlanıb.

Zərərçəkən dərhal Tovuz Rayon Polis Şöbəsinə məlumat verib. Tağıyevin sözlərinə görə, oğru ərazini yaxşı tanıyan biri olub. O, yalnız kökəltmək üçün bağlanılan heyvanları seçib aparıb.

Müşfiq Tağıyev - Kənd sakini: "Bura kəndin qırağıdır. Oğlum çağırdı ki, mal-qara yoxdur. Arxa tərəfdən aparıblar. Ayaq izləri var. Kimdisə bilən adamdır. Sənə pul lazımdırsa, de ki, ay Müşfiq, 300 manat ver. Tapım düzəldim verim".


Xəbərə aid fotolar