Ödəmə terminalını sındırıb pulları oğurladılar VİDEO FOTO


Digərləri 09 Yan 2018 16:36:00 246 0

Ödəmə terminalını sındırıb pulları oğurladılar  VİDEO  FOTO

Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə Bakının Nizami rayonu H.Əliyev prospektində yerləşən dayanacaqlardan birində quraşdırılan ödəmə terminalının qıfılının naməlum şəraitdə sındırılaraq orada olan 1059 manatın oğurlanması barədə məlumat daxil  olub.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən "isti" izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib.

1992-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş paytaxt sakini Kərimov Kamran Yusif oğlu saxlanılıb. O ifadəsində balta ilə həmin aparatı qıraraq içərisindəki pulları taladığını etiraf edib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.


Xəbərə aid fotolar