Yeganə: "Səsim batsa, ev təmizləyib pul qazanaram"


Şou-biznes 09 Yan 2018 15:32:00 337 0

Yeganə: "Səsim batsa, ev təmizləyib pul qazanaram"

Müğənni Yeganə Mürsəlova sosial şəbəkədə ünvanına tənqid yazanlardan gileylənib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Bizimləsən" verilişində bildirib ki, son günlər İnstaqramını da özü idarə etmir: 

"Köməkçimə vermişəm idarə etsin. Bunu yazanlar işsiz-gücsüz insanlardır. Yalandan deyirlər ki, iş yoxdur. Çalışana, hər yerdə iş var. Səsim batsa, gedib kiminsə evini təmizləyərəm, pul qazanaram, balamı saxlayaram. Bunu özümə eyib bilmərəm. Evimi də özüm təmizləyirəm, bazara da özüm gedirəm. Bunu mənim yerimə kimsə etməyəcək ki...  Bu yaxınlarda mağazaya getdim, uşaqlar yaxınlaşdı kömək etməyə. Gördüm müştəri çoxdur, dedim, özüm edərəm. Bir yaşlı qadın deyir, "Özün əl vuracaqsan, özün niyə edirsən?". Deyirəm, satıcı adam deyil, o əl vura bilər biz yox? İnsanlarda insanlıq qalmayıb".