Sabiq icra başçısı Habil Vəliyevin məhkəməsində ifadə verdi


Digərləri 09 Yan 2018 15:10:00 282 0

Sabiq icra başçısı Habil Vəliyevin məhkəməsində ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Rafiq Rəsulov ifadə verib. Bildirib ki, H. Vəliyev ondan on min dollar pul tələb edib: "Lakin mən buna razı olmadım. Məni hədələyirdi ki, obyektin qanunsuz yerdə yerləşir. Lakin mənim sənədlərim qaydasında idi. Yol qırağında yeməkxana açmışdım. Habil də mənim barəmdə yazmamaq üçün pul tələb etdi. Lakin mən 785 manat pul göndərdim".

H. Vəliyev isə onun dediklərini təkzib edib.

İclasda ifadə verən zərərçəkmiş, Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Cəbrayılov isə deyib ki, H.Vəliyevdən hər hansı şikayəti, tələbi yoxdur: "Mənə dəymiş ziyan ödənilib".

Zərərçəkmiş Rəşid Manafov ifadəsində bildirib ki, H.Vəliyev ondan min manat pul istəyib: "Lakin mən ona üç yüz manat pul verdim. Sonradan dedi ki, qalanını da verməlisən. Ümumilikdə 1800 manat pul alıb. Məni hədələyirdi ki, korrupsiya ilə məşğul olmağım barədə məqalə yazacaq. Bir neçə belə yazı da yazmışdı. İndiyə kimi də dəymiş ziyan ödənilməyib".

O da hər hansı şikayəti olmadığını deyib.

İclasda zərərçəkmiş şəxslərdən Tofiq Sadıqov ifadəsində bildirib ki,  H.Vəliyev barəsində yazı yazıb və buna görə ona beş yüz manat verib ki, bir daha barəsində yazılmasın. O da  dəymiş ziyanın ödənildiyini deyib.