Yapon iş adamları Azərbaycanda irihəcmli istehsal sahələrinin yaradılmasına töhfə verəcək


Digərləri 09 Yan 2018 14:45:00 258 0

Yapon iş adamları Azərbaycanda irihəcmli istehsal sahələrinin yaradılmasına töhfə verəcək

Yaponiyalı iş adamları Azərbaycanda irihəcmli istehsal sahələrinin yaradılmasına töhfə verəcək.

Bakı. Yaponiyalı iş adamları Azərbaycanda irihəcmli istehsal sahələrinin yaradılmasına töhfə verəcək. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bu barədə DGK sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşündə bildirilib. Görüşdə Azərbaycanda biznes mühitinin, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, eləcə də ölkə iqtisadiyyatının formalaş-masında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən A.Əliyev bu islahatların iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb.