Axşam saatlarından dəyişəcək hava ilə bağlı yol polisindən


Digərləri 09 Yan 2018 14:29:00 243 0

Axşam saatlarından dəyişəcək hava ilə bağlı yol polisindən

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda gözlənilən yağışlı və qarlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Son.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, sürücülər havanın yağışlı və sulu qarlı olacağını nəzərə alaraq ictimai nəqliyyatdan istifadəyə üstünlük verməlidir, yol və meteoroloji şəraiti nəzərə almağı bacarmalıdır, sürət həddi minimuma enməlidir, ara məsafəsi normadan artıq saxlanmalıdır.

V.Əsədov bildirib ki, ümumiyyətlə, bütün avtomobillər qış rejiminə hazır olmalıdır: "Sürücülərə tövsiyə edirik ki, avtomobillərini mövsümi təkərlərlə təmin etsinlər".