Cəlilabad sakininin həyətindən tapılanlar heyrətləndirdi FOTO


Digərləri 09 Yan 2018 12:52:00 241 0

Cəlilabad sakininin həyətindən tapılanlar heyrətləndirdi  FOTO

Cəlilabad rayonu ərazisində orta əsrlərə aid olduğu güman edilən maddi mədəniyyət nümünələri aşkarlanıb.  

Son.az report-a istinadən xəbər verir ki, rayonun Xanəgah kənd sakini İlham Paşayevə məxsus evin həyətdə tapılan nümünələr təsadüf nəticəsində üzə çıxıb.

Belə ki, güclü yağıntılar İ.Paşayevin həyətindəki torpağın bir hissəsini yuyub aparıb. Bu zaman qismən görünən insan sümkləri ev sahibnin diqqətini cəlb edib. Həmin yeri qazdıqda isə ərazidə insan sümüklərinin qalıqları, eləcə də məişət əşyaları aşkarlanıb.

Əraziyə baxış keçirən tarixçilərin sözlərinə görə, arxeoloji nümünələr orta əsrlərlərə qədər qorunmuş Zərdüştlük dini inancının nadir tapıntılarındandır. Burada dəfn olunmuş şəxslər də məhz bu dinin qanunları çərçivəsində dəfn olunub.


Xəbərə aid fotolar