Səudiyyədə qadınlar ilk dəfə futbol izləyəcək


Digərləri 09 Yan 2018 11:30:00 242 0

Səudiyyədə qadınlar ilk dəfə futbol izləyəcək

Xanım azarkeşlər 3 oyunda iştirak edə biləcəklər

Bu həftədən etibarən Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar futbol matçlarını canlı izləyə biləcəklər.

Son.az report-a istinadən xəbər verir ki, xanımların Premyer Liqanın XVII turu çərçivəsində 12 - 13 yanvarda baş tutacaq "Əl-Əhli" - "Əl-Batin" və "Əl-Hilal" - "Əl-İttihad", eləcə də ayın 18-də XVIII tur çərçivəsində keçiriləcək "Əl-İttifaq" - "Əl-Fayzali Harma" oyunlarına baxmalarına icazə veriləcək. Bu oyunların keçiriləcəyi stadionlarda qadınlar üçün xüsusi sektorlar ayrılacaq.

Onların oyunlara buraxılması elektron sistem vasitəsilə həyata keçiriləcək. Habelə, zərif cinsin nümayəndələri üçün xüsusi bilet proqramı işlənilərək, hazırlanıb.