Yolda hərəkəti iflic edən tikinti işləri nə vaxt bitəcək? Rəsmi cavab VİDEO FOTO


Digərləri 09 Yan 2018 11:05:00 275 0

Yolda hərəkəti iflic edən tikinti işləri nə vaxt bitəcək?  Rəsmi cavab  VİDEO  FOTO

Bakı Olimpiya Stadionunun qarşısında, Heydər Əliyev prospektində yeni avtomobil tunelinin tikintisi bu il ərzində başa çatacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, tunelin inşasında məqsəd günün pik saatlarında metronun "Koroğlu" stansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır. Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn və hava limanı istiqamətində gedən avtonəqliyyat vasitələri Böyükşor yol qovşağında yerləşən körpünün üzərinə qalxaraq oradan dövrə vurub, "Koroğlu" stansiyasının qarşısından keçib hərəkət edirlər. Bu isə həmin ərazidə müəyyən qədər sıxlığa səbəb olur. Məhz o sıxlığın aradan qaldırılması üçün avtonəqliyyat vasitələrinin "Koroğlu" stansiyasının qarşısına düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə hərəkət edə bilməsi üçün yeni avtomobil tuneli inşa olunur.

Yeni avtomobil tuneli hazır olanda artıq avtomobillər "Koroğlu" stansiyasının qarşısından keçmədən birbaşa Ziya Bünyadov prospektindən Atletlər kəndi istiqamətinə, oradan da Bakı Olimpiya Stadionunun arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edə biləcəklər.

Tunelin ümumi uzunluğu 655 metr, qapalı hissəsinin uzunluğu isə 125 metr təşkil edəcək. Avtomobil tuneli hər biri 4.5 metr eni olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin ümumi eni isə 11.5 təşkil edəcək.

Tikinti işlərinin 2018-ci il ərzində yekunlaşması planlaşdırılır.


Xəbərə aid fotolar