Məşhur aktrisa yenə ərə gedir VİDEO FOTO


Digərləri 09 Yan 2018 10:58:00 213 0

Məşhur aktrisa yenə ərə gedir  VİDEO  FOTO

Populyar amerikalı aktrisa, Hollivud ulduzu Qvinet Peltrou yenidən ailə qurmağa hazırlaşır.

Son.az ABC-yə istinadən bildirir ki, 45 yaşlı aktrisa sevgilisi, 46 yaşlı prodüser Bred Falçukla nişanlanıb.

Onlar bu barədə dünən "Good Morning America" proqramında açıqlama veriblər.

"Həyatımızın o anında birlikdə olduq və bəxtimiz gətirdi ki, birgə uğurlarımız və uğursuzluqlarımız sağlam, bəxtəvər münasibətlərimizin zəmini ola bilər", - sevgililər deyiblər.

Qvinet Peltrou yaşamı və həyatındakı dəyişikliklər barədə nəşr etdirdiyim "Goop" jurnalının yeni sayında bəhs edib.

Əsas mövzusu "Sex & Love" olan jurnalın üz qabağında Peltrou ilə Falçukun birgə fotosu var.

"Həyatın ortasında romantik sevgiyə baş vurmaq asan deyil. Amma bunu etdim, çünki birlikdə yaşaya biləcəyim və münasibətləri yenidən qura biləcəyim insanı tapdım", - Q.Peltrou etiraf edib.


Xəbərə aid fotolar