Zəlzələdən ABŞa sığınan 200 min nəfər geri göndərilir Vaxt verildi


Dünya 09 Yan 2018 09:23:00 328 0

Zəlzələdən ABŞa sığınan 200 min nəfər geri göndərilir  Vaxt verildi

ABŞ rəhbərliyi 2001-ci ildə güclü zəlzələdən sonra bu ölkəyə gələn 200 minə yaxın salvadorlunu geri göndərməyə hazırlaşır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi El-Salvadoru "Müvəqqəti Mühafizə Statusunu" itirdiyini açıqlayıb.

Nazir Kirstyen Nielsen bildirib ki, son 16 ildə ABŞ-da təbii fəlakətlərdən əziyyət çəkən insanlar üçün humani yardımlardan ən çox faydalananlar salvadorlular olub.

O qeyd edib ki, salvadorlular 2019-cu ilin sentyabrına qədər ölkələrinə geri qayıtmaları üçün lazımi sənədləşməni tamamlamalıdır. Əks halda onlar deportasiya ediləcəklər.

Nazir sözlərinə əlavə edib ki, hazırda Salvadorda zəlzələnin bütün fəsadları ortadan qaldırılıb və ölkədən gedənlərin geri qayıtması üçün lazımi şərait mövcuddur.