Tramp 2020-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir


Dünya 09 Yan 2018 02:18:23 277 0

Tramp 2020-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir

O, 2016-cı ilin noyabrda Hillari Klintonu məğlub edərək prezident seçilib

ABŞ prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək dövlət başçısı seçkilərində yenidən namizədliyini irəli sürmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi jurnalistlərə Ağ evin mətbuat katibinin müavini Hoqan Gidli deyib.

"Şübhəsiz ki, o, [Tramp] növbəti seçkilərdə yenidən prezidentliyə görə mübarizə aparacaq", - Gidli deyib.

Onun bəyanatının stenoqrammını Ağ ev yayıb.

Tramp 2016-cı ilin noyabr ayında keçirilən prezident seçkilərində demokrat namizəd Hillari Klinton üzərində qələbə qazanaraq dövlət başçısı olub. O, vəzifəsinin icrasına 20 yanvar 2017-ci ildə başlayıb.