Ananın sağlamlığı qızın sağlamlığına necə təsir edir?


Digərləri 08 Yan 2018 23:33:00 355 0

Ananın sağlamlığı qızın sağlamlığına necə təsir edir?

Hər bir qadın gələcəkdə mümkün olan problemlərdən qabaqcadan xəbərdar ola, hətta bu problemlərin qarşısını ala bilər.

Son.az saglamolun.az-a istinadən xəbər verir ki, bunun üçün qadın anasına sağlamlığı ilə bağlı bir neçə sual verməlidir. Məsələ burasındadır ki, ananın sağlamlığı qızın sağlamlığına böyük təsir edir, anada bəzi xəstəliklərin olması qızı üçün ciddi risk faktoru sayılır.

Beləliklə, gələcəkdə mümkün olan sağlamlıq problemlərdən xəbərdar olmaq istəyirsinizsə, ananıza bu sualları verin:  

1. Menstrual dövr haqqında

Ananızda menstrual dövrlə bağlı problemlər olubsa (ağrılı menstruasiyalar, müntəzəm olmayan menstrual dövr və s.), bu problemlər sizdə də əmələ gələ bilər. Ananıza polikistoz yumurtalıqlar sindromu, endometrioz kimi diaqnozlar qoyulubsa, bu pozulmaların riski sizdə də yüksəkdir.

2. Hamiləlik zamanı problemlər haqqında

Anada hamiləlik zamanı hestasion diabet (hamilələrin diabeti), yüksək təzyiq, uşaqsalmalar və ya uşaqsalmaların təhlükəsi olubsa, sizi də bu təhlükələr gözləyə bilər. Bu səbəbdən hamiləlik zamanı daim həkimin nəzarətində olun.

3. Doğuş haqqında

Alimlərin müşahidələrinə görə, anaları asan doğan qadınlar özləri də doğuş zamanı adətən problemlərlə üzləşmir və asan doğur.