İşsizlərə sığorta ödənişinin verilməsi qaydası açıqlandı TƏFƏRRÜAT VİDEO


Digərləri 08 Yan 2018 22:14:00 325 0

İşsizlərə sığorta ödənişinin verilməsi qaydası açıqlandı  TƏFƏRRÜAT  VİDEO

"İşsizlikdən sığorta haqqında" qanuna uyğun olaraq işsizlərə sığorta ödənişinin verilməsi qaydası təsdiqlənib.

Son.az bildirir ki, qaydaya əsasən, ödənişi almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış şəxslər malikdirlər.

Sığorta ödənişini almaq hüququna malik olan şəxslərin mütləq 3 illik sığorta stajı olmalıdır. İşsiz qalan vətəndaş 10 iş günündən gec olmayaraq dövlət məşğulluq xidmətinə məlumat verməlidir. Vətəndaş işlədiyi müddətdə işsizlikdən sığorta fonduna maaşından 0.5 faiz həcmində vəsait köçürür.

Sıgorta staji 3 ildən 5 ilə qədər olduqda vətəndaşa orta aylıq əmək haqqının 50, staji 5 ildən 10 ilə qədər olduqda - 55, staji 10 ildən yuxari olduqda - 60 faizi həcmində 6 ay ödəniş edilir.

Ödənişlər ilk 2 təqvim ayı üçün 100 faiz, 3-4-cü təqvim aylari üçün 80 faiz, 5-6-ci təqvim aylari üçün 70 faiz həcmində verilir.