Abşeronda yük maşını iki qəsəbəni qazsız qoydu


Digərləri 08 Yan 2018 20:52:00 250 0

Abşeronda yük maşını iki qəsəbəni qazsız qoydu

Abşeron rayonunda yük maşını iki qəsəbəyə gedən qaz kəmərini sıradan çıxarıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Ceyranbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, ağır tonnajlı yük maşını rayonun Ceyranbatan və Saray qəsəbələri ərazisinə gedən 500 mm diametrli qaz xəttinə çırpılıb. Nəticədə qaz xətti sıradan çıxıb və hər iki qəsəbənin sakinləri qazsız qalıb.