Mahnı Teatrında incəsənət müsabiqəsi keçiriləcək (FOTO)


Digərləri 08 Yan 2018 20:34:00 284 0

Mahnı Teatrında incəsənət müsabiqəsi keçiriləcək (FOTO)

Yanvarın 13-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Ümid 2018” adlı incəsənət müsabiqəsi keçiriləcək.

Bakı. Yanvarın 13-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Ümid 2018” adlı incəsənət müsabiqəsi keçiriləcək. Trend-in məlumatına görə, Azərbaycan Gənclər İttifaqı (AGİ) hər kəsi bu incəsənət yarışında iştiraka dəvət edir. AGİ sədr müavini Əziz Əzizov deyib: “Yarışmanın keçirilməsində məqsəd istedadlı uşaqlar və gənclərlə tanışlıq, onları tapmaq, üzə çıxartmaqdır. Həmçinin regionlarda olan istedadlı gənclərin tanıtımıdır. Gürcüstandan, İran, Ukrayna və Rusiyadan gələn qrupların vokal, musiqi və xoreoqrafik çıxışları gözlənilir”. “Ümid 2018” yarışmasında bir neçə janrda iştirakçıların çıxışları gözlənilir: folklor, klasik, estrada, incəsənətin bir neçə növləri – mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya. Yaş məhdudiyyəti yoxdur. 4 yaşdan başlayaraq hər bir kəs yarışmada iştirak edə bilər. İştirakçılar yaş kateqoriyalarına bölünürlər: "baby" (4-7 yaş), "child" ( 7-10 yaş ), "junior" ( yeniyetmələr ), "adults" (böyüklər).