Səudiyyə Ərəbistanı İsraildən "Dəmir gümbəz" alır KİV


Dünya 08 Yan 2018 19:42:00 310 0

Səudiyyə Ərəbistanı İsraildən "Dəmir gümbəz" alır  KİV

Səudiyyə Ərəbistanı İsraildən "Dəmir gümbəz" raket əleyhinə müdafiə sistemi alması barədə danışıqlara başlayıb.

Son.az virtual-a istinadən xəbər verir ki, İsveçrədə dərc olunan "Basler Zeitung" qəzeti yazır ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında qeyri-rəsmi əlaqələr qurulur.

Məlumata görə, Krallıq Yəməndə husi qiyamçılarının atdığı raketlərdən müdafiə məqsədilə "Dəmir gümbəz" raket əleyhinə müdafiə sistemini almaq istəyir.

Qəzet Ər-Riyadla Təl-Əviv arasında qeyri-rəsmi hərbi sahədə əməkdaşlıq edildiyini yazıb.