İmişlidə FACİƏ: 9 yaşlı məktəblini avtomobil vuraraq öldürdü


Digərləri 08 Yan 2018 18:27:00 237 0

İmişlidə FACİƏ: 9 yaşlı məktəblini avtomobil vuraraq öldürdü

İmişli rayonunda avtomobil azyaşlını vurub. 

Son.az APA-ya istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil Mirili kənd sakini, 2009-cu il təvəllüdlü Şahpələngova Təranə Sakit qızını magistral yolu keçərkən vurub. Məktəbli ağır vəziyyətdə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Uşaq aldığı xəsarətlərdən 1 saat sonra ölüb.