Dayanacaqda avtobus gözləyirdi,


Digərləri 08 Yan 2018 15:00:00 280 0

Dayanacaqda avtobus gözləyirdi,

Yanvarın 6-da Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisindəki dayanacaqlardan birində şəhər sakini Yusif Salmanov içərisində 470 manat, sənəd və məişət əşyası olan sellofan torbasının oğurlanması barədə ŞPİ-nin 4-cü Polis Bölməsinə müraciət edib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs "isti izlərlə"müəyyən edilib və şəhər sakini, əvvəllər məhkum olunmuş Nuru Həsənov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb. Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.