Şəkiyə turistlər hansı ölkələrdən gəlirlər?


Digərləri 08 Yan 2018 14:21:14 296 0

Şəkiyə turistlər hansı ölkələrdən gəlirlər?

"Xarici turistləri Şəkidə cəlb edən amillər tarixi abidələrin çoxluğu, şəhərin qədimliyi, şəhərdə mövcud olan qədim sənət nümunələri, şəhərin florası, faunası, coğrafi mövqeyi, mətbəxi və əsasən də şirniyyat növləri, insanların qonaqpərvərliyi, gülərüzlüyü, yumor hissidir".

Son.az bildirir ki, bunu "Azernews"a müsahibəsində Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev deyib.

O qeyd edib:

"Son illərdə şəhərə gələn turist sayında artım var. Sovet dönəminin son dövrlərinə qədər tristlərin sayı getdikçə artırdı. Sonra sovet dövləti dağıldı, Azərbaycan müstəqilliyini qazandı, ölkədə yenidənqurma işləri başladı. Bu illərdə statistik məlumatlar aşağı düşdü, amma son dövlərdə, əsasən 8-10 il ərzində bu məlumatlar artmağa başlayıb və hazırda da artır. Və yəqin ki artmağa davam edəcək. Cari dövr ilə keçən ili müqaisə edəndə turist sayı daha çoxdur.

Bu sayın gələcək illərdə artacağı gözlənilir. Şəki, Gürcüstan sərhədindən Bakıya qədər tranzit zonadır. Sovet dövründə də bülə olub, indi də belədir. Bura elə bir regiondur ki burda turistlər mütləq bir-iki gün qalırlar sonra isə tranzit edirlər. Gürcüstandan, Bakıdan və ya digər zonalardan gəlib gedirlər burdan.

Sayın artmasının əsas səbəbi stabillikdir. Stabillik olmayan yerdə turist olmur. Buna əlavə olaraq, ölkənin inkişaf etməsi və ona qarşı olan marağın artması, reklamlar, Azərbaycanın dünyada tanınması. Şəkinin UNESCO-ya daxil olması şəhərin daha da tanınmasına səbəb olacaq. Şəkidə artıq yenidənqurma işləri gedir, su kanalizasiya sistemi yaradılır. Bunların hamısı təsir edəcək gələcəkdə.