Gənc aktrisa reyd zamanı polisə müqavimət göstərdi: həbs olundu FOTO


Dünya 08 Yan 2018 14:22:00 283 0

Gənc aktrisa reyd zamanı polisə müqavimət göstərdi: həbs olundu  FOTO

Türkiyəli aktrisa Feyza Civelek və rəfiqəsi Elif A. dünən gecə Beşiktaşda reyd zamanı polisə müqavimət göstərdiyi iddiası ilə saxlanılıb. 

Son.az Hürriyet-ə istinadən xəbər verir ki, olayda ayağı əzilən Civelek ilə qolu çatlayan rəfiqəsi Elif A. məhkəmənin qərarı ilə şərti cəza verilərək sərbəst buraxılıblar. 

Civelek jurnalistlərin gözünə görünməmək üçün məhkəmə binasının çıxışında hər yola əl atıb. Cəhdləri boşa çıxan aktrisa taksi çağırtdırıb, ərazidən uzaqlaşıb. Qeyd edək ki, Feyza Civelek "Adını Feriha Koydum", "Güllerin Savaşı" seriallarındakı obrazı ilə adından söz etdirib.


Xəbərə aid fotolar