Bakıda qəribə "endirim": 300ə satılan ayaqqabı, endirimlə 370 manata FOTO


Digərləri 08 Yan 2018 14:05:00 338 0

Bakıda qəribə "endirim": 300ə satılan ayaqqabı, endirimlə 370 manata  FOTO

"Hotiç" ayaqqabı dükanı müştəriləri aldadır

Paytaxtın Bülbül prospektində yerləşən "Hotiç" ayaqqabı dükanı müştəriləri aldadır. Son.az afn-ə istinadla xəbər verir ki, bu barədə paytaxt sakini, jurnalist Pərviz Musayev məlumat verib. O, "Hotiç" mağazasının fırıldaqçılıqla məşğul olduğunu və yalançı endirimlərlə müştəriləri aldatdıqlarını bildirib:

"Bir neçə gün əvvəl "Hotiç" ayaqqabı dükanının "Instagram" səhifəsində kişi çəkməsi gördüm. Bir müştərinin qiymətlə bağlı sualı dükan tərəfindən "300 AZN" deyə cavablandırılmışdı. Az öncə "Hotiç"in qarşısından keçəndə vitrinə böyük hərflərlə "50% endirim" yazıldığını gördüm və dükana girərək həmin çəkməni soruşdum: - Bəli, Siz istəyən ölçü var. - Qiyməti? - 370 AZN. - Endirimə düşür? - Xeyr, yeni kolleksiyadır. Açıb "Instagram"da özlərinin yazdığı 300 AZN cavabını göstərirəm, xanım satıcı təəccüblə mənə baxaraq deyir: - Bunu kim yazıb bura? Nəsə deməyə ehtiyac qalmadığı üçün dükanı tərk etdim. Bu cür "endirimlər", müştərini aldatmaqla dükana cəlb etmə, demək olar ki, əksər dükanlarda müşahidə edilir (istisnalar ola bilər)".


Xəbərə aid fotolar