Aparıcı Trampı tərifləyən qonağın müsahibəsini yarımçıq qoydu VİDEO FOTO


Dünya 08 Yan 2018 12:50:00 232 0

Aparıcı Trampı tərifləyən qonağın müsahibəsini yarımçıq qoydu  VİDEO  FOTO

"Donald Tramp, həqiqətən, siyasi dahidir", - deyən Miller aparıcı Jake-i saxtakarlıqda günahlandırıb

CNN telekanalında Trampı dahi adlandıran və onu tərifləyən Stefen Müllerin müsahibəsi yarımçıq kəsilib.

Son.az Mirror-a istiandla xəbər verir ki, aparıcı Donald Trampın sözcüsü ilə müsahibəsini yarımçıq qoyub və "Düşünürəm ki, izləyicilərimizin yetəri qədər vaxtını boş yerə aldıq" deyib.

CNN telekanalında Jake Tapper-in aparıcılıq etdiyi siyasi verilişin qonağı Trampın sözcüsü Stephen Miller olub. O, efirdə Trampla bağlı yazılan "Fire and Fury" kitabını pisləyib, kitabı tamamilə uydurma adlandırıb və Trampı tərifləyib.

"Donald Tramp, həqiqətən, siyasi dahidir", - deyən Miller aparıcı Jake-i saxtakarlıqda günahlandırıb. Jake isə "Düşünürəm ki, izləyicilərimizin yetəri qədər vaxtını boş yerə aldıq" söyləyərək müsahibəni sonlandırıb.

Yayımdan bir neçə dəqiqə sonra prezident Donald Tramp efirdə baş verənlərlə bağlı tvit atıb. "CNN-nin saxta xəbərlər buraxılışının aparıcısı Jake müsahibəni məhv etdi", - deyə Tramp sosial şəbəkədə qeyd edib.


Xəbərə aid fotolar