Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanın ABŞla bağlı planını açıqladı


Dünya 08 Yan 2018 11:35:00 318 0

Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanın ABŞla bağlı planını açıqladı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo Rusiyanı 2018-ci ildə Konqresə keçiriləcək seçkilərə müdaxilə etmək niyyətinə düşməkdə ittiham edib.

Son.az APA-ya istinadən xəbər verir ki, o, "CBS News" kanalına müsahibəsində deyib ki, Rusiya bu işlə on illərdir, məşğul olur: "Mən nəinki rusların, digər qüvvələrin də cəhdlərindən narahatam. Bizim düşmənimiz çoxdur, onlar qərb demokratiyasının pozmağa çalışırlar".

Mayk Pompeo əlavə edib ki, onun təmsil etdiyi qurumun əsas vəzifələrindən biri təhlükəsizliyi və demokratik seçkiləri təmin etməkdir.