Yerevanda sürücülər etiraz edirlər:


Dünya 08 Yan 2018 11:40:00 254 0

Yerevanda sürücülər etiraz edirlər:

Yerevanda sürücülər Ermənistana sükanı sağda olan avtomobillərin idxalına qadağanı nəzərdə tutan qanun layihəsinə etiraz edirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, ötən gün sürücülər etiraz məqsədilə avtoyürüş təşkil ediblər. Aksiyada təqribən 200 sürücü sükanı sağda olan avtomobili ilə iştirak edib.

Erebuni rayonunda avtomobil bazarından başlayan yürüş paytaxtın mərkəzində, Baqramyan prospektində sona çatıb.

Aksiyanın təşkilatçılarından biri Artaşes Artenyan bildirib ki, nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vahan Martirosyanla danışıqlar heç bir nəticə verməyib: "Mübarizəni davam etdirəcəyik".


Xəbərə aid fotolar