Azərbaycandan Türkiyəyə gedən avtobusda yanğın baş verib FOTO


Digərləri 08 Yan 2018 08:38:00 249 0

Azərbaycandan Türkiyəyə gedən avtobusda yanğın baş verib  FOTO

Gürcüstanın Rustavi şəhəri yaxınlığında Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusunda yanğın baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, avtobusda olan 50-yə yaxın sərnişin avtobusu vaxtında tərk edə bilib.  Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadası yanğını söndürüb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.


Xəbərə aid fotolar