Məşhur marketoloqdan proqnoz: 2018ci ildə reklam bazarını nə gözləyir?


Digərləri 07 Yan 2018 23:10:00 354 1

Məşhur marketoloqdan proqnoz: 2018ci ildə reklam bazarını nə gözləyir?

P&G-nin direktoru Mark Pritçard əmindir ki, 2018-ci il rəqəmsal medianın şəffaflıq qaydalarının qurulmasında dönüş olacaq.

Son.az facemark.az-a istinadən bildirir ki, bu barədə P&G-nin aparıcı mütəxəssisi ilə söhbəti zamanı "Digiday" yazıb.

O, qeyd edib ki, 2017-ci ilin əvvəlində "P&G" diqqəti daha çox rəqəmsal reklamın çatışmazlığına yönəldiblər. Çatışmazlıqlar 80%-ə qədər aradan qaldırmaq mümkün olub.O, qeyd edib ki, bu vaxt ərzində şirkətin marketoloqları daha çox öyrənməyə vaxt sərf ediblər.

Məsələn, onlar başa düşdülər ki, istifadəçilərin lentdə xəbərlərə baxmaq üçün cəmi 2 saniyəsi var. Xəbər lentində 30 saniyəlik reklamları yerləşdirməyi dayandırdılar. Onlar öyrəndiləri ki, P&G reklamı həddindən artıq tez-tez təqdim edir. İnsanlar bezirlər. Üç nümayişə planlaşdırılmış elan 20 dəfə bəzi istifadəçilərə nümayiş etdirilə bilər. Həmçinin, markanın təhlükəsizliyi üçün işlər davam etdirilməlidir.

P&G şikətinin marketinq direktorunun 2018-ci il üzrə prioritetlərinə gəlincə, daha effektli olması üçün yaradıcı keyfiyyət artırılacaq. Onlar şəffaflıq problemlərində daha qərarlı olacaqlar. Kampaniyaların planlaşdırılması və yaradıcı keyfiyyətin artırılması üçün məlumatlar yaxşılaşacaq. O, şirkətinin one-to-one kütləvi marketinq üzrə istiqamətləndiyini deyib. Bu isə növbəti il ərzində daha çox iş görməyə kömək edəcək. Bundan başqa, agentliklər məqsədlərinə uyğun, yeni nəsl texnologiyalarının tətbiq olunduğu yeni modellər seçəcəklər.