Qaxda qorxunc hadisə: canavarlar insana və heyvanlara hücum etdi


Digərləri 07 Yan 2018 21:21:00 316 0

Qaxda qorxunc hadisə: canavarlar insana və heyvanlara hücum etdi

Kənddə son bir ay ərzində heyvanlar 3 dəfə yırtıcıların hücumuna məruz qalıb

Qax rayonunun Əmbərçay kəndində xoşagəlməz hadisə baş verib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, kənd sakini Asəf Cumayevin dediyinə görə, hadisə gündüz saatlarında baş verib: "Heyvanları otarmaq üçün dağa apardım, canavarlar hücum etdi. Özüm və digər iribuynuzlu heyvanlar xilas olsa da, buzov yırtıcılar təfərindən parçalandı".

Kənd sakinlərinin sözlərinə görə analoji hadisələr tez-tez baş verir.

Sözügedən kənddə son bir ay ərzində heyvanlar 3 dəfə yırtıcıların hücumuna məruz qalıb.