Polislər çeçen "oğru"nu Lotu Qulidən xilas etdilər


Dünya 07 Yan 2018 21:24:00 243 0

Polislər çeçen "oğru"nu Lotu Qulidən xilas etdilər

Kriminal avtoritetlər Moskvanın 3 bazarını bölüşdürə bilməyiblər və toqquşmanın səbəbi də bu olub

Yeni il öncəsi Moskvada hüquq-mühafizə orqanları qanuni oğrular Nadir Səlifovla (Lotu Quli) Əziz Batukayevin qruplaşmaları arasında qanlı toqquşmanın qarşısını alıblar.

Bu barədə Sputnik Azərbaycan "Primecrime"-a istinadən məlumat verir.

Məlumata əsasən, kriminal avtoritetlər Moskvanın 3 bazarını bölüşdürə bilməyiblər və toqquşmanın səbəbi də bu olub. Belə ki, Əziz Lotu Quliyə məxsus bazarları ələ keçirmək istəyib. Lotu Quli 700-dək döyüşçü toplayıb və bundan sonra Əzizdən görüşmək və söhbəti dar çərçivədə həll etmək təklifini alıb.

Lakin təyin edilmiş görüşün baş tutmasına polislər mane olublar.