Müəllimə intim əlaqəyə görə 1 milyon dollar ödəməli olacaq


Digərləri 07 Yan 2018 21:17:00 238 0

Müəllimə intim əlaqəyə görə 1 milyon dollar ödəməli olacaq

Məhkəmə materiallarında bildirilir ki, müəllimə şagirdlərlə kampusda və öz maşınında sekslə məşğul olub

Şagirdləri ilə intim əlaqəyə girməkdə günahlandırılan amerikalı müəllimə Nikol Düfodan şagirdlərin valideynləri 1 milyon dollar tələb edirlər.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, 38 yaşlı qadın 2013-2014-cü illərdə 14-15 yaşlı 6 şagirdlə sekslə məşğul olub. 2014-cü ildə o həbs olunub.

. O, həmçinin şagirdlərə problem yaranmasın deyə sinif jurnalında qanunsuz dəyişikliklər edib.

Düfonun vəkili isə müəllimənin əslində qurban olduğunu deyir. Onun sözlərinə görə, müəllimə kəllə-beyin travması olduğuna görə şagirdlərə "yox" deyə və müqavimət göstərə bilməyib. "Söhbət beyin travmasından əziyyət çəkən müəllimə ilə cinsi əlaqəyə girmiş çox aqressiv bir şagird qrupundan gedir" - o bildirib.