Y nəslinin ən xarakterik altı istehlak davranışı


Digərləri 07 Yan 2018 20:50:00 297 0

Y nəslinin ən xarakterik altı istehlak davranışı

Ümumi olaraq Y nəsli (Milenials, Net Generation) 21-ci əsrin əvvəllərində meydana gələn nəslə verilən addır. 1980-ci ildən əvvəl anadan olan X nəslindən sonra gəlirlər.

Son.az facemark.az-a istinadən bildirir ki, hansı ildə anadan olanlar Y nəslinə aiddir? Bu suala bugünə qədər çox fərqli şəkildə şərhlər edilmişdi. "Newsweek" jurnalına görə, 1982 və 2004-cü il arasında dünyaya gələnlər Y nəslini təşkil edirlər.

"Time "jurnalı isə bu rəqəmləri 1980-2000-ci il arası olaraq qəbul edir. Hər iki jurnalın şərhləri doğru hesab edilir.

Bu nəslə daxil olanların ən kiçik yaş qrupu 16 hesab olunur. Beləliklə, Y nəslinə mənsub olanların ən xarakterik altı istehlak davranışından bəhs edəcəyik.

Sosial alverçi

Alış-veriş edən zaman dost və ailəsinin fikirlərindən təsirlənir. Satış qərarı verən zaman fikirlərinə ehtiyac duyduğu şəxslərlə birbaşa onlayn üzərindən əlaqə qurmaq istəyir. Maraqlandığı yeni məhsulları kəşf edəcəyi, yığmaq və paylaşmaq üçün yeni həll yolları axtarır.

Əsl ovçudur

Qarşısına çıxan fürsətlərdən heç vaxt imtina etmir. Elektron ticarət saytlarının təqdim etdiyi endirimli kupon və kampaniyaların "dəlisi"dir. Onlayn olaraq bu kimi fürsətlərdən zamanında və dəqiq olaraq xəbərdar olmağa çox önəm verir.

Şəxsiləşdirilmiş mesajları sevir

Sədaqət proqramları tərəfindən mükafatlanmağı sevir. Məhsulların ona "qızıl qab"da təqdim edilməsindən xoşu gəlir. Fərqli və imkansız olduğunu hiss etmək istəyir. Şəxsiləşdirilmiş alış-veriş təcrübəsini yaşamaq onun üçün çox önəmlidir. Ümumi kütləyə xitab edən marketinq mesajları ona çox da həyəcan vermir.

Pulu qənaətlə idarə edir