Trampı rüsvay edən kitabın satışı rekord qırdı


Digərləri 07 Yan 2018 20:54:00 317 0

Trampı rüsvay edən kitabın satışı rekord qırdı

ABŞ prezidenti Donald Trampın prezidentliyinin ilk ilindən bəhs edən "Atəş və qəzəb: Tramp Ağ Evinin İçindən" adlı kitabın satışları rekord qırıb.

Son.az oxu.az-a istinadən bildirir ki, kitab bazara çıxarıldığı ilk gündən ABŞ-da ən yaxşı satılan nəşrlərin siyahısına daxil edilib. Eləcə də bir çox mağazalarda artıq rəflər boşalıb.

Müəllifi Mişel Volff olan kitab Trampa yaxın 200 nəfər vəzifəli şəxsdən alınan müsahibələr əsasında yazılıb.

Kitabda xarici  və daxili siyasətə, Ağ Ev-in sabiq üzvüləri ilə yaşanan münaqişələrə, Suriya böhranına, eləcə də Trampın sağlamlığına qədər bir çox mövzulara toxunulub. Bildirilir ki, ABŞ prezidenti nə düşündüyünü son ana qədər adiyyatı şəxslərə bildirmir. O eləcə də televizor seyr etməyi, hamburger yeməyi sevir.