İran orta məktəblərdə ingilis dilinin tədrisini qadağan etdi


Dünya 07 Yan 2018 20:56:00 304 0

İran orta məktəblərdə ingilis dilinin tədrisini qadağan etdi

İran höküməti orta məktəblərdə ingilis dilinin tədrisinə qadağa qoyub.

Son.az oxu.az-a istinadən bildirir ki, məlumatı Reuters İran Ali Təhsil Şurasının rəhbəri Mehdi Nəvid-Adhama istinadən yayıb.

Qeyd edilir ki, bu barədə ilk olaraq dini lider Əli Hüseyn Xamneyi etirazla çıxış edib. O deyib ki, orta məktəblərdə ingilis dilinin tədrisi Qərb mədəniyyətinin genişlənməsinə yol açır.

Dövlət və özəl ibtidai məktəblərdə ingilis dilinin tədrisi qanun və qaydalar pozulmasına səbəb olur " - deyə İran Ali Təhsil Şurasının rəhbəri Mehdi Nəvid-Adham dövlət televiziyasındakı çıxışında bildirib.