QİÇS olduğu üçün hamilə qadını əməliyyat etmədilər


Digərləri 07 Yan 2018 20:35:00 319 0

QİÇS olduğu üçün hamilə qadını əməliyyat etmədilər

Həkimlər QİÇS xəstəsi olan hamilə qadını qeysəriyyə əməliyyatı etməkdən boyun qaçırıblar.

Son.az medicina.az-a istinadən bildirir ki, hadisə Türkiyənin Diyarbakır əyalətində baş verib. Məlumata görə, xəstəxanaya gələrək qeysəriyyə əməliyyatı keçirmək istədiyini deyən qadının QİÇS virusu daşıdığı öyrənilib. Bundan sonra həkimlər onun əməliyyatından imtina ediblər.   Bu işə "imza atmış" səhiyyə işçiləri istintaqa cəlb olunub və onlar barəsində araşdırma başlayıb. Türkiyənin Səhiyyə Nazirliyi həkimlər barəsində lazımi addımların atılacağını açıqlayıb:   "Gərəkli addımlar atılacaq. Müalicədən boyun qaçırmaq və ya xəstə seçmək həkimlik etikasına yaraşmır. Araşdırmalar davam etdirilir".