Bakıda bacanaqlar arasında qırğın: burnu qoparıldı VİDEO


Digərləri 07 Yan 2018 20:02:00 269 0

Bakıda bacanaqlar arasında qırğın: burnu qoparıldı  VİDEO

Obyekt üstündə bacanaqlar arasında yaşanan mübahisə bıçaqlanma ilə yekunlaşıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Səbail rayonu, Şıx qəsəbəsində baş verib. Sumqayıt şəhər sakini, 29 yaşlı Anar Əbilov Şıx qəsəbəsində öz obyektində bacanağı ilə mübahisə edib. Əlbəyaxa dava zamanı Anar Əbilov bıçaqlanıb. Hirsi soyumayan bacanağı Anarın burnunu dişləyərək qoparıb. Yaralı yaxınları tərəfindən Sumqayıt şəhər Təcili və Tibbi yardım xəstəxanasına aparılıb və əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, Anar Əbilov çoxlu qan itirdiyindən vəziyyəti ağırdır. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid video