Ayaqqabı sektorunda alışveriş vərdişləri


Digərləri 07 Yan 2018 19:50:00 321 0

Ayaqqabı sektorunda alışveriş vərdişləri

Qonşu ölkə Türkiyədə ayaqqabı istehlakçıları ilə əlaqədar maraqlı araşdırma aparılıb.

Son.az facemark.az-a istinadən bildirir ki, araşdırma Türkiyənin onlayn alış-veriş mağazası olan "İnce Deri"nin hesabatlarına əsasən hazırlanıb.

Mağazanın 2017-ci il üzrə satış hesabatlarına əsasən qadınlarda ən çox satılan ayaqqabı ölçüsü 38-dir, kişilərdə isə bu 42. Ayaqqabı alış-verişinin 63%-ni qadınlar edir. 100 qadından 13-ü hündürdaban ayaqqabı almağa üstünlük verir. Həmçinin həmin qadınlar hündürdaban ayaqqabılardan savayı bir cüt yastı daban ayaqqabı da almağı unutmurlar.

Beləliklə, hesabata görə;

- Qadınların 4%-i sifariş zamanı kişi əşyaları da edib. Kişilərin 7%-i eyni sifarişdə qadın məhsulunu da alıb.

- Ən çox alış-veriş edən qadın bir ildə 25 cüt ayaqqabı alır, kişilərdə isə bu rəqəm 22 cütdür.