Donmuş at qanı yeyib, soyuğa dirənən insanlar:


Digərləri 07 Yan 2018 14:34:00 295 0

Donmuş at qanı yeyib, soyuğa dirənən insanlar:

İnsanlar dirəncli və çalışqan varlıqlardır.

Bununla bağlı ən diqqət çəkən yerlərdən biri də Rusiyanın Oymyakon kəndidir.

Son.az musavat.com-a istinadən xəbər verir ki, qış aylarında soyuqluq dərəcəsi ortalama mənfi 50 dərəcə olan bu kənd 1924-cü ildə mənfi 71 dərəcə soyuğa tab gətirə bilib.  Macəraçı fotoqraf Amos Çaple sözügedən kəndi ziyarət edərək möhtəşəm fotolar çəkib.

Fotoqraf Çaple səfərinə Rusiyanın şimal-şərq bölgəsindən başlayıb. Saxa şəhərinin paytaxtı Yakustka gələn fotoqraf buranın dünyanın ən soyuq paytaxtı olduğunu da açıqlayıb.

Şəhərin əhalisi 300 min nəfərdən ibarətdir. Qış aylarında istilik dərəcəsi ortalama mənfi 34 dərəcədir. Fotoqrafın "Buradakı insanlar bu soyuğa necə dözür" sualına isə yerli sakinlər "spirtli içki (vodka) ilə" deyə cavab verib.

Onu da qeyd edək ki, Yakustk şəhəri almaz ticarəti ilə də tanınır.

Yakustk dünyanın ən soyuq kəndi olan Oymyakona getmək üçün açılan qapıdır. Bu kəndə gedib çatmaq üçün Yakustkdan 2 gün yol qət etmək lazımdır. Bu 2 günlük yol isə olduqca təhlükəlidir. Çünki yola tədarüklü çıxmazsanız, yolda qalarsınız. Bu çöl yolda cəmi 1 yanacaq doldurma məntəqəsi və 1 kafe var.

Yarıyolda qalan fotoqraf başına gələnləri qısa olaraq bu cür izah edib: "Məni gedəcəyim yerə aparmaları üçün insanlar tapdım. Oymyakona məni aparmazdan əvvəl onların ailələriylə birlikdə donmuş at qanı və makaron yedik".