ABŞdan İrana görə Rusiyaya hədə: “Bunun əvəzini ağır ödəyəcəklər...”


Dünya 07 Yan 2018 13:25:00 297 0

ABŞdan İrana görə Rusiyaya hədə: “Bunun əvəzini ağır ödəyəcəklər...”

Rusiya İran hakimiyyətinə dəstəkdən nəhayət imtina etməlidir, əks halda bunun əvvəzini çox ağır ödəməli olacaq.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, belə bəyanatla ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri, general Herbert Makmaster çıxış edib. "Newsweek"ə açıqlamasında general bildirib ki, Kreml özünün xarici siyasətində ölkəsinin maraqlarından deyil, ABŞ-ı və müttəfiqlərini qıcıqlandırmaq istəyindən çıxış edir. General Makmasterin bəyanatını "Russia Today" telekanalı efirə verib.

"Rusiya İranı və onun Yaxın Şərqə baxışlarını dəstəkləməkdə davam etsə bunun əvəzini ağır ödəməli olacaq"-general iki gün əvvəl BMT Təhlükəsizlik Şurasında İrandakı etiraz nümayişləri ilə bağlı dinləmələrdən sonra bildirib. Həmin dinləmələrdə Rusiya İran hakimiyyətini müdafiə edib və ABŞ-ı bu ölkəni qarışdırmaq səylərində günahlandırıb.

Makmasterin sözlərinə görə, əslində İran və Şimali Koreyanın nüvə proqramı məsələsində Moskva və Vaşinqtonun maraqları üst-üstə düşür. Lakin son vaxtlar Rusiya tərəfi özünü elə aparır ki, sanki ABŞ-ı və onun avropalı müttəfiqlərini özündən çıxarmağa çalışır. "İranın Yaxın Şərqdə güclənməsi Rusiyanın maraqlarına necə cavab verə bilər? Onlar buna görə böyük qiymət ödəməli olacaqlar", - general əlavə edib.