Əsəd ordusu 8 günə 5 general itirdi


Dünya 07 Yan 2018 13:01:48 278 0

Əsəd ordusu 8 günə 5 general itirdi

Bəşər Əsədin ordusu 8 günə 5 general itirdi

Virtualaz.org "WarJournal" telegram-kanalına istinadən xəbər verir ki, son 8 gün ərzində Suriyanın hökumət ordusu beş briqada generalını itirib.

Mənbəyə görə, bu gün Suriya Quru qoşunlarının briqada generalı, Hepard ləqəbli Heydər Həsən dünyasını dəyişib. O, bir neçə gün öncə Suriyanın Xarasta şəhərindəki hərbi baza uğrunda gedən döyüşlərdə ağır yaralanmışdı.