Hindistanda avtobus dərəyə düşüb, ölənlər və xəsarət alanlar var


Dünya 07 Yan 2018 11:23:29 316 0

Hindistanda avtobus dərəyə düşüb, ölənlər və xəsarət alanlar var

Ssürücü sükan arxsasında yatıb və idarəetməni itirib

Hindistanın şimalında avtobusun dərəyə aşması nəticəsində 7 nəfər ölüb, 26 nəfər ağır xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cammu və Kaşmir ştatının polisi məlumat verib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının məlumatına görə, hadisə Ramnaqar şəhərindən 3 km məsafədə, dağlıq yolun çətin sayılan ərazisində baş verib. Avtobusun sərnişinləri yerli məbədlərin birini ziyarət etmək istəyirmiş.

İstintaqın qənaətinə görə, sürücü sükan arxasında yuxulayıb və bu səbəbdən də nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə mikroavtobus 120 metr hündürlükdən dərəyə yuvarlanıb. 

Hadisə zamanı dörd nəfər qəzanın baş verdiyi  yerdə, iki nəfər xəstəxanaya aparılarkən yolda, daha bir nəfər isə xəstəxanada həyatını itirib.