Ayın səthinə ayaq basmış 9-cu astronavt vəfat edib


Dünya 07 Yan 2018 01:58:50 347 0

Ayın səthinə ayaq basmış 9-cu astronavt vəfat edib

O, Ayın səthinə təşkil olunmuş ekspedisiyalarda iki dəfə iştirak edib

Ayın səthinə ayaq basmış 9-cu adam, astronavt Con Yanq 87 yaşında vəfat edib.

"Report" "ABC News"a istinadən xəbər verir ki, o, Ayın səthinə təşkil olunmuş ekspedisiyalarda iki dəfə iştirak edib.

Yanq 1962-ci ildə astronavt olub. 1972-ci ildə Yer peykinin səthinə qədəm qoyub, 1981-ci ildə isə "Cemini-10" heyətinin komandiri olub. Altı kosmik uçuş həyata keçirib.