Türkiyənin məşhur aparıcısı Azərbaycandan üzr istədi FOTO


Digərləri 06 Yan 2018 23:53:00 295 0

Türkiyənin məşhur aparıcısı Azərbaycandan üzr istədi  FOTO

ATV kanalının aparıcısı Cem Öğretir millət vəkili Qənirə Paşayevanın üzr tələbinə cavab verib.

Son.az axar.az-a istinadən bildirir ki, Türkiyənin ATV kanalında Dağlıq Qarabağın "dövlət" kimi göstərilməsinə etriaz edən Q.Paşayeva Tvitter üzərindən belə bir mesaj göndərdiyini qeyd edib:

"Ermənistanın işğal etdyi Azərbaycanın Qarabağ bölgəsini ATV-də proqramda ayrıca dövlət kimi söyləyərək, bütün Azərbaycanı çox üzdünüz. Şəhid verdiyim onlarca arkadaşım adına @OgretirCem sizden üzr və xəta yapdığınızı proqramda söyləmənizi gözləyirəm. Qarabağ adlı dövlət yoxdur".

Cem Öğretir isə cavabında üzr istəyib və məqsədinin Azərbaycanı üzmək olmadığını bildirib.


Xəbərə aid foto