Televiziya reklamları bazarı çökür –


Digərləri 06 Yan 2018 23:55:00 284 0

Televiziya reklamları bazarı çökür –

Televiziya reklamı üçün ayrılan büdcə aşağı düşür. "Pivotal Research"un məlumatına görə, bunun səbəbi rəqəmsal marketinqin yüksəlişi və fayda-xərc nisbəti baxımından uğuru deyil.

Son.az facemark.az-a istinadən bildirir ki, hesabatda, həmçinin vurğulanır ki, reklam bazarının nəhəng oyunçularının on ildən çoxdur bu flatformaya ayırdıqları büdcə gedərək azalır.

Televiziya reklam bazarı pulu küçəyə atmış kimi görünmək istəməyən marketoloqlar arasında meydana gələn pessimistlikdən ötürü "can çəkişir".

Əslində, televiziya reklam xərcləri bu ilin üçünçü rübündə gözlə nəzərəçarpacaq dərəcədə düşüb.

Simsiz texnologiyanın inkişafı, televiziya proqramlarının qeyd etmə metodlarının yaranması, insanların çox zaman başlarını "ağıllı" telefonlarından qaldırmadıqlarını nəzərə aldıqda, bu azalma heç də təəccüblü deyil.

"Pivotal Research"ün analtiki Brian Wieser tərəfindən yayımlanan hesabata görə, media istehlakçı vərdişlərinin dəyişməsi və televiziyanın reklam büdcəsinin enməsinin tək səbəbi texnologiya və marketinq komandasının reklam büdcəsini daha çox internetə ayırması deyil.

Hesabat burda əsil səbəbin televiziya reklamçılığına on illərdir pul ayıran nəhəng firmaların uzun bir müddətdir daha az qaynaq axtarışından meydana gəldiyini vurğulayır.

"Amazon"un təsiri ilə alt üst olan nəhəng pərakəndəçilər ilə evdə hazırlanan pivə qarşısında böyük sıxıntılar yaşayan nəhəng pivə markaları ilə sağlam qidalanmağın önə çıxmasıyla əvvəlki cazibəsini itirən ətirli içkilər və qəlyanaltı brendləri bunun ən nümunəsi kimi ortaya çıxır.

Hesabat açıqladığı statistik rəqəmlər ilə televiziya reklamındakı enmənin əsl səbəblərini konkret bir şəkildə ortaya qoyur.

Hazırkı dövrdə, beynəlxalq televiziya reklam xərclərində 2%-lik, yerli televiziya kanallarında isə 6%-lik enmə müşahidə edilib. Ümumi tendensiyaya baxdıqda, televiziyanın ümumi reklam xərclərindəki payı 31%-dən 29%-ə düşüb. Bu da hər il 4%-lik enməyə səbəb olur.