Gəncədə qadını soyan kişi tutuldu


Digərləri 06 Yan 2018 23:32:00 300 0

Gəncədə qadını soyan kişi tutuldu

Gəncə şəhərində soyğunçuluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Mehran Hüseynov saxlanılıb.

Mehran Hüseynov ötən il noyabrın 16-da rayon sakini olan 1 qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinib.