Azərbaycanlı şahzadə Bakıya qayıtmaq istəmir FOTO


Şou-biznes 06 Yan 2018 22:38:00 297 0

Azərbaycanlı şahzadə Bakıya qayıtmaq istəmir  FOTO

On ildən artıqdır Rusiyada yaşayan azərbaycanlı ifaçı rusiyalı həmkarları ilə rəqabət aparmaq fikrində deyil

Rusiyanın ən populyar YouTube kanalı olan StarProНа-da Rusiya şou-biznesini fəth edən azərbaycanlı müğənni, daha çox Prins (Şahzadə) ləqəbi ilə tanınan Sultan Məşədiyevin "Lyubi menya" (Sev məni) mahnısının klipinin premyerası olub. Hazırda ifaçı "Krasavitsa Vostoka" (Şərq gözəli) mahnısının çarxının buraxılışına hazırlaşır.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Sultan Məşədiyev özünün yaradıcılığı və planları barədə danışıb.

 - Sultan, siz neçə ildir oxuyursuz?

- LİDER telekanalında gedən Sing your Song layihəsindən sonra oxumağa başlamışam. O vaxtdan demək olar ki, 15 il keçib. Mən uşaqlıqdan müğənni olmağı arzulamışam. Musiqi dərslərində həmişə stulun üstünə çıxıb dərs boyu oxuyurdum. Bununla yanaşı, evimizin blokunun bütün sakinləri üçün solo konsert verirdim, biletlər isə ağacın yarpaqları olurdu. Mən Bakının rusdilli ailələlərindən birində böyümüşəm və ona görə də repertuarımı əsasən rus estradasının mahnıları təşkil edirdi. Peşəkar səviyyədə yalnız rəqslə məşğul olmuşam, Pionerlər Evinə və Zabitlər Evinə getmişəm. Orta məktəbi bitirəndən sonra pul qazanmaq üçün rəqqas kimi restoranlarda çıxış edir, Bakıdakı yerli ifaçıların ifası fonunda rəqs edirdim. Mən bal rəqsləri və müasir rəqslərlə tanış olmuşam. Oxumaq arzusu isə məni heç vaxt tərk etməyib. Həmişə müğənni oxuyarkən rəqs edir və onun yerində olmağı, balet şousu göstərməyi arzulamışam. Gözəl günlərin birində Sing your Song layihəsi barədə eşitdim və orada müğənni kimi iştirak etməyə qərar verdim. İki ay müddətində səhnəyə çıxdım və məni rəqs qrupu müşayiət edirdi. Mən layihənin ən parlaq və yaddaqalan iştirakçısı oldum. Müsabiqə başa çatandan sonra yalnız nüğənni karyerası ilə məşğul olmaq qərarına gəldim, rəqqas kimi işlədiyim restoranlarda oxumağa başladım.

 - Sizi Azərbaycandan getməyə nə vadar etdi?

- Mən Azərbaycanı tərk etmək istəmirdim, hətta heç bu barədə düşünməmişdim də. Bakı restoranlarında işləyərək çox yaxşı pul qazanırdım. Bu, mənim hər şeyimə bəs edirdi. Mən hətta özümün ilk klipimi çəkə bildim. Orada həm rəqs edir, həm də oxuyurdum. Bir dəfə mənim oxuduğum restorana bir nəfər gəldi və mənim bütün həyatımı dəyişdi. Bu, Moskvada yaşayan Telman Əhmədov idi. O, Bakıya qızının yanına gəlmişdi. Restoranda çoxlu müğənnilər çıxış etmişdi, amma o, yalnız məni nəzərində saxlamışdı. Telman Əhmədov məni yanına çağırıb onunla Rusiyaya getməyi təklif etdi. Amma mən imtina etdim. Çünki biz yayda dostlarla Türkiyəyə getməyə, orada oteldə işləməyə və həm də istirahət etməyə hazırlaşırdıq. Təəssüf ki, orda bir həmyerlimiz bizi aldatdı, bizim bütün pullarımızı götürüb qaçdı. Mən Bakıya qayıtmalı oldum və yenidən restoranda çıxış etməyə başldım. Telman Əhmədov növbəti dəfə həmin restorana gələndə yenidən mənim fərqimə vardı və bu dəfə israrla onunla Moskvaya gedib onun restoranında oxumağı təklif etdi. Mən o şərtlə razılaşdım ki, o, mənimlə yanaşı rəfiqəmin də bütün xərclərini ödəsin. Onda heç ağlıma da gəlməzdi ki, orada qalıb yaşayacam. Çünki mənim planımda cəmi bir həftə orada qalıb istirahət etmək və Moskvanı gəzmək vardı.

Mən 2007-ci ilin 10 oktyabrında Rusyaya uçdum və indiyə qədər orada yaşayıb işləyirəm. Rəfiqəm bir həftə sonra Bakıya qayıtdı. Mən isə orada tamamilə yad insanların yanında tək qalası oldum. Çoxlu intriqalar, davalar, göz yaşları oldu, amma bu zaman ərzində yaxşı pul qazandım. Mənim əsas məqsədim güclü olduğumu və hər şeyin öhdəsindən gələ bildiyimi sübut etmək idi. Bir neçə ay içində hər şey qaydasına düşdü və hamı məni sevməyə başladı. Biz bir ailə olduq. Mən tezliklə anamı da yanıma apardım, o da Moskvada işləməyə başladı.

İlk növbədə Allahıma minnətdaram ki, mənim qarşıma Telman kimi insanı çıxarıb. Çox təəssüf ki, o, artıq dünyada yoxdur, iki il əvvəl dünyasını dəyişib. Mən heç vaxt onu unutmayacağam.

 - Siz Prins adı ilə tanınırsınız. Bu adı sizə kim verib?

- Mən "Fabrika zvyozd" (Ulduz fabriki) musiqi layihəsinin yeddinci mövsümünün kastinqlərində iştirak edərkən uzun saçlarım vardı və ağ kostyum geyinmişdim. Çünki şərq mahnısı oxuyurdum. Ona görə də aparıcılardan biri məni Şərq Şahzadəsi kimi təqdim etdi. Bu, mənim çox xoşuma gəldi və elə o vaxtdan da həmin ad mənim üzərimdədir.

 - Rus ifaçıların fonunda fərqlənmək çətin deyil ki?

- Əlbəttə, Rusiya müğənnilərinin fonunda fərqlənmək olduqca çətindir. Mən son illərdə hətta buna çalışmıram da və bunu arzulamıram da. Çünki əvvəllər də olduğu kimi bu, çox çətindir. Mən Moskvada yaşayan azərbaycanlı, qafqazlı, şərqli ifaçılar arasında fərqlənə bilərəm. Öz həmkarlarımdan səhnənin quruluşuna, şouya görə fərqlənirəm. Mən səhnədə təkcə oxumuram, həm də rəqqaslarla birlikdə rəqs edirəm. Moskvada milliyyətcə şərqli olan başqa bu cür müğənni yoxdur. Hətta onlarla birlikdə rəqqaslar səhnəyə çıxsalar da, belə bir hiss yaranır ki, hərə öz işi ilə məşğuldur.

 - Rusiya şou-biznesi Azərbaycanınkından nə ilə fərqlənir?


Xəbərə aid fotolar