İsmayıllıda 28 yaşlı qadın dəm qazından zəhərlənib


Digərləri 06 Yan 2018 22:11:00 250 0

İsmayıllıda 28 yaşlı qadın dəm qazından zəhərlənib

İsmayıllı rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün İsmayıllı şəhərinin Natavan küçəsindəki 36 saylı mənzildə qeydə alınıb. Rayon sakini 1990-cı il təvəllüdlü Əliyeva Könül Həsən qızı yaşadığı evdə dəm qazından zəhərləndiyi üçün təcili yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.